25 
Dek
2022
12:45
419

Tbilisi və bölgələrdə əməliyyat keçirildi - 6 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin əməkdaşları son dövrlərdə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisi və bölgələrdə qanunsuz olaraq odlu silah-sursat götürüb, 6 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tbilisi Polis Departamentinin Dedektivlər Şöbəsinin və Baş İstintaq Bölməsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1958-ci il təvəllüdlü N.A.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaqda ittiham edərək saxlayıblar.

Həmin bölmələrin əməkdaşları 1985-ci il təvəllüdlü İ.L.-ni də qanunsuz olaraq odlu silah-sursat almaq-saxlamaq ittihamı ilə saxlayıblar.

Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları əvvəllər qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə məhkum edilən və hazırda şərti sınaqda olan N.Ş.-ni eyni ittiham üzrə saxlayıblar.

Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş Bölməsinin əməkdaşları, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü T.M.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi-saxlanması-daşımasında ittiham edərək saxlayıblar.

Abxaziya Muxtar Respublikasının Polis İdarəsinin əməkdaşları 1991-ci il təvəllüdlü N.K.-nı qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi-saxlanması-daşımasında ittiham edərək saxlayıblar.

Şida Kartli Polis Departamentinin Dedektivlər Şöbəsinin əməkdaşları, 1962-ci il təvəllüdlü T.D. - ni qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxladığına görə tutublar.

Cəzalar 3 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Odlu silah və döyüş sursatlarının qanunsuz alınması, saxlanması və gəzdirilməsi faktları ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü, 4-cü və 6-cı hissələrinə əsasən aparılır.

Bizimlə əlaqə saxlayın