23 
Dek
2022
22:36
407

Milli Hərəkatın daha bir üzvü aclıq aksiyasını dayandırdı

“Milli Hərəkat”ın üzvü Temur Canaşia aclıq aksiyasını dayandırıb.

InterPress.ge xəbər verir ki, Milli Hərəkat”dan verilən məlumata görə, səhhətinin pisləşməsi ilə əlaqədar Canaşiyanın həkimləri aclığı dayandırmağı tövsiyə edib və o, xüsusi pəhrizlə evdə reabilitasiya keçəcək.

Digər aclıq çəkən deputat Ana Çitlidzeyə gəlincə, partiya iddia edir ki, o, həkimlərin məsləhətinə baxmayaraq aclıq aksiyasını davam etdirir. Bundan əlavə, parlamentin mətbuat xidmətinin verdiyi məlumata görə, Ana Çitlidze daim həkimlərin nəzarəti altındadır.

“Milli Hərəkat”ın məlumatına görə, bu gün səhər saatlarında səhhəti pisləşdiyi üçün aclıq aksiyasını dayandıran Davit Kirkitadze daha bir neçə gün klinikada qalacaq.

Məlumat üçün bildirək ki, “Milli Hərəkat”ın üzvləri Ana Çitlidze, Davit Kirkitadze və Abdulla İsmayılov dekabrın 15-də Mixail Saakaşvilinin xaricə köçürülməsi tələbi ilə aclıq aksiyasına başlayıblar. Dekabrın 16-dan parlamentdə aclıq aksiyası keçirənlərə “Milli Hərəkat”ın digər deputatı Temur Canaşia da qoşulub.

Abdulla İsmayılov aclığı dekabrın 18-də, Davit Kirkitadze isə səhhətinə görə klinikaya aparıldıqdan sonra bu gün aclıq aksiyasını dayandırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər