23 
Dek
2022
19:47
384

Marneulidə Mülki Məşğulluq və Aktivizm mərkəzinin açılışı oldu - VİDEO

Mülki Məşğulluq və Aktivizm Mərkəzinin yeni ofisinin və USAİD- in "Birlik müxtəliflikdədir" proqramının təqdimatı baş tutub.

InterPress.ge xəbər verir ki, layihə etnik və dini azlıqların qarşısında mövcud olan problemlərin həlli məqsədini daşıyır.

Mülki İştirak və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyevin bildirdiyinə görə, 5 ilkin proqram çərçivəsində biznes sektoru ilə gənclərlə dövlət orqanları ilə, media ilə QHT ilə əməkdaşlıq edərək Gürcüstanı daha da irəli aparacaq və bütün problemlər mərhələli şəkildə həll olunacaq.

R. Ziyadaliyev qeyd edir ki, Gürcüstan miqyası ilə hal hazırda layihə çərçivəsində 16 gənclər mərkəzi fəaliyyət göstərir.

Layihə USAİD- in maliyyə dəstəyi ilə ABŞ- ın Gürcüstandakı Assosiasiyası tərəfindən həyata keçirilir. Layihənin tərəfdaşı  isə Mülki İştirak və Aktivizm Mərkəzidir.

Bizimlə əlaqə saxlayın