23 
Dek
2022
16:04
381

Tbilisi Beynəlxalq Hava Limanında genişmiqyaslı təlim keçirilib

Tbilisi Beynəlxalq Hava Limanında "Tbilisi - 2022"adlı  genişmiqyaslı təlim keçirilib.

InterPress.ge xəbər verir ki, nəzərdə tutulmuş fövqəladə hallara uyğun olaraq təlim iki mərhələdə baş tutub.

Birinci mərhələdə təyyarənin partlaması təhlükəsi, xüsusən quruda hava gəmisində partlayıcı qurğudan istifadə etmək cəhdi, ikinci mərhələdə isə təyyarə ilə bağlı fövqəladə vəziyyət - hava gəmisində gözlənilməz aviasiya qəzası nəzərdə tutulur. 

Təlimdə Tbilisi Beynəlxalq Hava Limanının Fövqəladə Hallar üzrə Əməliyyat Mərkəzinin, Tav Urban Georgiyanın üzvləri, Daxili İşlər Nazirliyinin Mühafizə Polis İdarəsinin Aviasiya Təhlükəsizliyi Bölməsinin üzvləri, Tbilisi Polis İdarəsinin İsani-Samqori  6-cı bölməsinin əməkdaşları və başqa əməkdaşlar iştirak edib.

 Genişmiqyaslı təlimlər mütəmadi olaraq Tbilisi və Batumi beynəlxalq hava limanlarında keçirilir. Təlimin məqsədi fövqəladə hallara reaksiyanın səmərəliliyini və müvafiq xidmətlər nümayəndələrinin ixtisasını artırmaqdır.

Bizimlə əlaqə saxlayın