Tetritskaroda qadın qətlinə qarşı məlumatlandırma kampaniyası çərçivəsində görüş keçirilib
Qadınların cinsi motivli qətllərinə qarşı – "Qadın öldürməyə yox " məlumat kampaniyası çərçivəsində məktəblilər və Tetritskaro Bələdiyyəsinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib.
InterPress.ge xəbər verir ki, görüş Marneuli Rayon Prokurorluğunun ixtisaslaşdırılmış prokuroru və Tetritskaro Gənclik Mərkəzi tərəfindən həyata keçirilib.
Məlumata görə, prokurorluğun nümayəndəsi qadın qətli, qadınlara qarşı gender əsaslı zorakılıq və ailə cinayətlərinə qarşı prokurorluq tərəfindən həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə iclas iştirakçılarına məlumat verib.
İclas iştirakçıları qadınlara qarşı cinsi əsaslı və məişət zorakılığının, o cümlədən qadınların cinsi zəminində qətlə yetirilməsinin səbəblərini, gender stereotiplərini və qadınların ədalət mühakiməsinə çıxışında maneələri nəzərdən keçiriblər.
Görüş interaktiv formatda keçirilib: prokuror və iclas iştirakçıları istintaq, cinayət təqibi və məhkəmə icraatının mərhələlərini müzakirə edib, gender stereotipləri və ictimaiyyətin maarifləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, Gürcüstan Prokurorluğu tərəfindən təşkil edilən qadın qətlinə qarşı genişmiqyaslı məlumat kampaniyası ABŞ səfirliyi və Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatı (UN Women) tərəfindən dəstəklənir.
Qadın qətlinə qarşı aparılan məlumatlandırma kampaniyasının məqsədi qadınlara və məişət zorakılığına qarşı ictimaiyyətin maarifləndirilməsi və qadın cinayətlərinin qarşısının alınmasıdır.


