InterPress.ge xəbər verir ki, məlumata görə hadisə Surami körpüsünün yaxınlığında baş verib.
“Dünən gecə Xaşuridə Surami körpüsünün yaxınlığında yol qəzası baş verib. Nəticədə 3 nəfər xəsarət alıb. Bu körpüdə xilasedici fəaliyyət göstərmir və onun sahibi də yoxdur” - deyə məlumatda yazılıb.
Hadisə yerinə polis və xilasetmə xidmətinin nümayəndələri cəlb olunub. Hər üç yaralı xəstəxanaya çatdırılıb.
