21 
Dek
2022
15:07
273

Rusiya vətəndaşı Formula kanalının jurnalistinə qarşı zorakılıqda təqsirləndirilib

Rusiya vətəndaşı Formula kanalının jurnalistinə qarşı zorakılıqda təqsirləndirilib.

InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.

“Xüsusi İstintaq Xidmətinin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, 2022-ci il noyabrın 9-da Tbilisi şəhərinin A.Puşkin küçəsində Formula kanalının jurnalisti R.T. və həmin televiziyanın operatoru D.K., Rusiya vətəndaşı E.K.-nı lentə almaq istəyiblər.Təqsirləndirilən şəxs  E.K idarə etdiyi avtomobilə minərək onu işə salıb və onun qarşısında dayanmış jurnalist R.T.-nin ayaqlarından qəsdən vurub, nəticədə zərərçəkmiş üz nahiyəsindən yüngül xəsarət alıb.Təsdiqedici sübutlar əsasında 20 dekabr, 2022-ci il tarixində Gürcüstanın Baş Prokurorluğu Rusiya vətəndaşına qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başladıb"- bildirilib.

"Jurnalistlərin hüquqlarının və onların peşə fəaliyyətinin müdafiəsi Xüsusi İstintaq Xidmətinin əsas prioritetlərindən biridir.Xüsusi İstintaq Xidməti bu tip işlərin araşdırılmasının tez və effektiv olması üçün hər şeyi edir” - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın