Tbilisidə avtobus və mikroavtobuslarda dayanacaqların elan edilməsi sistemi tətbiq ediləcək
Avtobus və mikroavtobuslarda dayanacaqların elan edilməsi sisteminin tətbiqi üzərində işlər aparılır.
InterPress.ge xəbər verir ki, bu barədə Kaxa Kaladze Tbilisi hökumətinin iclasında məlumat verib.
“Metro stansiyalarını uyğunlaşdırmaq, avtobus və mikroavtobuslarda dayanacaqların elan edilməsi sistemini tətbiq etmək lazımdır. Artıq bunun üzərində işə başlamışıq. Mən bir daha müvafiq xidmətə səs sistemlərinin tətbiqi prosesini mümkün qədər sürətləndirməyi tapşırıram, bu, çox vacibdir”- Kaxa Kaladze bildirib.
Bundan əlavə, Kaladze yolda piyadaların keçidi zamanı səs siqnalının işə düşməsindən danışıb.
Kaladze bildirib ki, svetofor səsləri görmə qabilliyətini itirmiş şəxslərin hərəkət etmək imkanına malik olması üçün nəzərdə tutulub.
“ Məlumata görə, işıqforun səsi yerli əhalinin narazılığına səbəb olur. İstəyirəm ki, hamı nəzərə alsın ki, əlillər cəmiyyətimizin bir hissəsidir. Onların sərbəst və təhlükəsiz hərəkət etmək hüququ var. Biz iclasda müzakirə etdik ki, beynəlxalq standartların paylaşılması lazımdır, bu da gecə-gündüz saatlarında sağlam tənzimləmə deməkdir” - Kaladze bildirib.
Bundan başqa, onun qeyd etdiyi kimi, abadlaşdırılan küçələrdə piyadaların təhlükəsiz və rahat hərəkəti üçün xüsusi avadanlıqla təchiz olunmuş işıqforlar quraşdırılıb ki, bu işıqforlar vasitəsilə piyadalar, o cümlədən əlillər küçəni təhlükəsiz keçə bilərlər.
Onun sözlərinə görə, işıqforda akustik funksiya ilə təchiz edilmiş xüsusi qoruyucu düymə quraşdırılıb. Həmçinin, işiqforun müxtəlif fazaları səs siqnalı və vibrasiya ilə birləşdirilir.
“Belə faktlar, əlbəttə ki, çox acınacaqlıdır. Şəhərdə baş verən vandalizm çox üzücüdür. Bizim üçün həqiqətən çətin olacaq və bundan heç nə çıxmayacaq. Əgər bələdiyyə bu şəhərin qayğısına qalmağa, onu inkişaf etdirməyə, hər kəsi yerləşdirməyə, hər bir vətəndaşın ehtiyaclarını, təhlükəsizliyini nəzərə almağa borcludursa, bu şəhərdə yaşayan hər bir insanın da borcudur. Gözəl şəhər, hamımızın birlikdə qurduğumuz infrastrukturdur. Biz birlikdə müxtəlif layihələr yaradırıq, gözəlləşdiririk və həyata keçiririk, lakin özümüzə zərər vursaq, sındırsaq, əlbəttə ki, bu, çox pis haldır və bu şəraitdə şəhəri inkişaf etdirmək bizim üçün həqiqətən çətin ola bilər. Ona görə də hamıdan, xüsusən də ağsaqqallardan xahiş edərdim ki, imkan daxilində bir-birlərinə dəstək olsunlar. Əgər belə faktlarla rastlaşırıqsa və bir çox hallarda cinayəti törədənlər azyaşlılardırsa, biz bir-birimizə kömək edib, gənclərə bunun düzgün hal olmadığını başa salmalıyıq” - Kaladze bildirib.


