Rusiya ordusu artıq müharibədə 99 740 hərbiçi itirib
Ukrayna Baş Qərargahı Rusiyanın hərbi itkiləri ilə bağlı yenilənmiş məlumatı dərc edib.
InterPress.ge xəbər verir ki, məlumatlar fevralın 24-dən dekabrın 21-dək olan dövrü əhatə edir.
Baş Qərargahın məlumatına görə, Rusiya tərəfi təxminən 99740 hərbiçi, 3002 tank, 5979- zirehli texnika, 1972-artilleriya sisdemi, 412 raket sistemi, 212- zenit döyüş sistemi, 282-təyyarə 267- helikopter , 1688 -operativ-taktiki pilotsuz uçuş aparatı, 653-qanadlı raket, 4608-avtomobil avadanlığı və yanacaq çəni, 16-qayıq-gəmi, 178- xüsusi texnika itirib.
Qeyd edək ki, Kreml itkilərlə bağlı məlumatları müntəzəm olaraq yeniləmir. Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə sentyabrın 21-də itkilər barədə məlumat vermiş və 5937 nəfərin öldüyünü bildirmişdi.


