19 
Dek
2022
22:18
295

Rusiya işğalçı qüvvələri Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Gürcüstan vətəndaşını işğal altında olan Saçxere bələdiyyəsinin Perevi kəndi yaxınlığında qanunsuz olaraq saxlayıblar. 

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qurumdan verilən məlumata görə, yuxarıda qeyd olunanlar barədə məlumat daxil olan Dövlət Təhlükəsizliyi Xidməti Aİ-nin monitorinq missiyası çərçivəsində fəaliyyət göstərən “qaynar xətt”i aktivləşdirib. Beynəlxalq tərəfdaşlar və Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrləri hadisə ilə bağlı dərhal məlumatlandırılıblar.

DTX-nin görə, qanunsuz saxlanılan şəxsin ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

"Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür", - DTX-nin bəyanatında qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər