19 
Dek
2022
12:14
328

Batumidə restoranda baş verən yanğın söndürülüb

Batumidə "Vox" restoranında baş verən yanğın söndürülüb, lakin ətraf hələ də sarı lentlə əhatə olunub.

InterPress.ge xəbər verir ki, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hələ də hadisə yerindədir.

Sözügedən binanın sakinlərinin əksəriyyəti artıq evlərinə qayıdıblar.

Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyində “Cinayət Məcəlləsi”nin 188-ci maddəsinin 2-ci hissəsi, yəni yanğınla və ya artan təhlükə mənbəyi ilə ehtiyatsız davranma nəticəsində obyektin zədələnməsi və ya məhv edilməsi ilə bağlı araşdırma başlayıb.

Məlumat üçün bildirək ki, ötən gecə Batumidə yaşayış binasının sonuncu mərtəbəsində yerləşən “Vox” restoranında yanğın baş verib. Yerli sakinlərin sözlərinə görə, restoran işləmirdi və orada təmir işləri gedirdi.

Bizimlə əlaqə saxlayın