19 
Dek
2022
00:55
320

Batumidə güclü yanğın baş verdi

Batumidə yanğın baş verib.

InterPress.ge xəbər verir ki, yanğın çoxmərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən “Vox” restoranında baş verib.

Restoranın yerləşdiyi binanın sakinləri binanı tərk edirlər.

Hadisə yerinə xilasetmə və yanğınsöndürmə qrupları cəlb olunub.

 

Hazırda xəsarət alanlar barədə məlumat yoxdur.

Bizimlə əlaqə saxlayın