18 
Dek
2022
15:32
351

Rusiyanın raket hücumlarından sonra Kiyev vilayətində 600 mindən çox insan işıqsız qalıb

Rusiyanın raket hücumlarından sonra Kiyev vilayətində 600 mindən çox insan hələ də işıqsız qalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatına Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksi Kuleba məlumat verib.

"Kiyev vilayəti raket hücumlarından sonra bərpa olunmağa davam edir. Təəssüf ki, hazırda Kiyev vilayətinin istehlakçılarının yalnız yarısı elektrik enerjisi ilə təmin olunub. Müvafiq olaraq, hazırda 50%-i işıqsız qalıb" - Kuleba bildirib.

Onun sözlərinə görə, elektrik enerjisinin verilişini bərpa etmək üçün mühəndislər son iki gündür fasiləsiz işləyirlər.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər