Şalva Papuaşvili: "Xatuna xanım davranışınız biyabırçılıqdır"
Xanım Xatuna Samnidze, sizin davranışınız biabırçılıqdır. Mən məhkəmə icraçısına müraciət edəcəyəm.
InterPress.ge xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili plenar iclasda "Respublika Partiyası"nın üzvü Xatuna Samnidzeyə deyib.
Papuaşvili Samnidzeyə xəbərdarlıq edib ki, növbəti dəfə onun icazəsi olmadan danışmağa başlasa iclas zalını tərk edəcək.
“Xatuna xanım, sizə son dəfə deyirəm - indi etdiyiniz hərəkət parlamentə hörmətsizlikdir. 4 icra məmuru yanınızdadır, heç olmasa özünüzə hörmət edin. Xatuna xanım, davranışınız biabırçılıqdır. Mikrofonsuz və mənim icazəm olmadan danışmağa başlayan kimi zalı tərk edəcəksiniz”, - deyə Şalva Papuaşvili bildirib.
Bundan əlavə, Papuaşvili iclas zalından səsləndirdiyi fikirlərə görə Samnidzeyə deyib ki, “riyakar emosiyaları ifadə etməyə ehtiyac yoxdur”.
“Bütün bunları emosiya olmadan dinləyin Xatuna xanım. Əgər Saakaşvili rejiminin qurbanları ilə maraqlanırsınızsa, harada dayandığınızı müəyyənləşdirməlisiniz. İkiüzlü emosiyalar ifadə etmək, çaxnaşma yaratmaq və qurbanların adından danışmaq lazım deyil”, - deyə Şalva Papuaşvili bildirib.


