“Alyans” Gənclər Mərkəzi gənc müəllimlərin təşəbbüsü ilə Qaraçöpdə açılmış “Parlaq gələcək kitab evi”nin qonağı oldu.
InterPress.ge xəbər verir ki, kitabxana Saqareco Bələdiyyəsinin Keşəli kəndində yerli müəllimlərin təşəbbüsü və əhalinin maddi dəstəyi ilə ərsəyə gəlib.
Görüşdə mərkəzin sədri Leyla Əmrahova,icraçı direktor Rəna Hüseynova,psixoloq Aytən Məmmədova,məktəbin cəfakar müəllimləri Rəfail Süleymanov,Məzahir Paşayev,Atəş Aşurov,İsimxan Məmmədov,Bədirə Nəsibova,Könül Cəfərova,Minarə Əhmədova,şagirdlər və tələbələr iştirak edib.
Səfər çərçivəsində kitabxanaya mərkəz adından hədiyyələr təqdim olunub.


