16 
Dek
2022
14:21
1364

Gömrükçülər külli miqdarda bəyan edilməmiş pul aşkar ediblər

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən “Kazbeqi”, “Batumi Hava Limanı” və “Kutaisi Hava Limanı” gömrük-keçid məntəqələrində müxtəlif ölkə vətəndaşlarının fiziki yoxlanılması, həmçinin çantalarına baxış nəticəsində 134 min ABŞ dolları, 45 min avro və 111 milyon 328 min rus rublu məbləğində bəyan edilməmiş pul aşkar edilib. 

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Pulların ümumi məbləği Milli Bankın məzənnəsinə əsasən, 48 203 439,06 lari təşkil edib. 

Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 4 milyon 820 milyon 343 min 906 lari (məbləğin 10 faizi miqdarında) cərimələnib.

Bizimlə əlaqə saxlayın