16 
Dek
2022
10:59
250

KOBİA ilə Gürcüstanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Dekabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

InterPress.ge xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti Qiorqi Pertaia imzalayıb. 

Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər