16 
Dek
2022
10:37
248

7 ayda 1040 aptekdə dərmanların elektron reseptsiz buraxılması faktı aşkar edilib

Aprelin 11-dən noyabrın 7-dək olan müddətdə 1040 aptekdə 2-ci qrup dərman vasitələrinin elektron resept olmadan buraxılması faktı aşkarlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Tibb və Əczaçılıq Fəaliyyətini Tənzimləmə qurumu məlumat verib.

Məlumata görə, bunlardan 542 aptekə verilən cərimənin məbləği 767,2 min lari təşkil edib. Daha dəqiq desək, tənzimləyici qurumun izah etdiyi kimi, 2-ci qrup əczaçılıq məhsullarının elektron resept olmadan satışına görə ümumilikdə 1040 protokol tərtib edilib, 542 qanun pozucusu cərimələnib və 767 200 lari məbləğində cərimə tətbiq edilib. 280 qanun pozucusu barəsində xəbərdarlıq edilib. 2 iş üzrə icraata xitam verilmiş, 216 quruma qarşı inzibati xəta haqqında protokollara baxılması bu mərhələdə tamamlanmamışdır.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər