Polşada iki Gürcüstan vətəndaşı mənzildən oğurluq etmək ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, xüsusi əməliyyat zamanı 27 və 33 yaşlı şəxslər saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, onlar azı 3 mənzildən oğurluq ediblər, pul və digər qiymətli əşyaları aparıblar. Artıq Gürcüstan vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçilib. Törətdikləri cinayətə görə onları 10 ilə qədər həbs gözləyir.
