2022-ci ildə media azadlığı indeksinə görə, Gürcüstan əvvəlki illə müqayisədə 29 pillə geriləyərək 89-cu yerdədir.
InterPress.ge xəbər verir ki, məlumatı “Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı yayıb.
Təşkilatın reytinqinə əsasən, 2022-ci ildə Gürcüstan media azadlığına görə 59,3 balla dünyanın 180 ölkəsi arasında 89-cu yeri tutur.
Məlumat üçün bildirək ki, ötən ilin reytinqinə əsasən, Gürcüstan 71,36 balla dünya üzrə 60-cı yerdə idi.
