06 
Iyl
2020
09:26
3224

Gürcüstanda abituriyentlər üçün imtahanlar başlayıb

"Gürcüstan miqyası ilə 24 imtahan mərkəzi səhər saat 08:00-dan məhdudiyyətsiz açılıb. İmtahanlar başlayanadək abituriyentlər binanın həyətində məsafə qoruyurlar, imtahan sektorlarına getmək üçün isə dezobaryerlərdən və termoskrininqdən keçirlər.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin rəhbəri Sopho Qorqodze açıqlama verib.

"Bu gün milli imtahanlar başladı. Hər bir abituriyentə müvəffəqiyyətlər arzulayıram. Ölkə miqyası ilə 24 imtahan mərkəzi səhər saat 08 :00-da məhdudiyyətsiz açıldı. Abituriyentlər həyətdə məsafəni qorudular daha sonra sektorlara getmək üçün dezobaryerlərdən və termoskrininqdən keçdilər. bundan sonra saat 09:00-da bütün imtahan mərkəzlərində imtahanlar başladı", - dedi Qorqodze.

Qorqadze eləcə də məcburi köçkün statuslu abituriyentlər haqqında da danışdı.

" Məcburi köçkün statuslu abituriyentlər milli imtahanlarda iştirak edə bilmədiyi təqdirdə onlar alternativ yolla imtahan verə biləcəklər ", - deyə Qorqadze bildirdi.

O, eləcədə imtahan günlərindən danışdı.

"Pandemiyadan irəli gələrək imtahanların gün sayları uzadıldı. Bu həftə yalnız Gürcü dili və ədəbiyyatı imtahanı keçiriləcək".

Bizimlə əlaqə saxlayın