14 
Dek
2022
22:05
288

Azərbaycan XİN sözçüsü: "Azərbaycan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır”

“Azərbaycan tərəfi ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır”.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda son bir neçə gün ərzində həyata keçirdiyi etiraz aksiyası qeyd olunan qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır: “Bu etiraz aksiyasının məqsədi hər hansı bir yolun bağlanması deyil və yoldan mülki təyinatlı nəqliyyat vasitələri sərbəst şəkildə hər iki istiqamətdə hərəkət edə bilərlər”.

Bizimlə əlaqə saxlayın