Mestia bələdiyyəsinin İdlian kəndinin dağlıq tərəfində meydana çıxan yanğın hələ də lokallaşdırıla bilməyib.
InterPress.ge xəbər verir ki, Fövqəladə Hallar İdarəetmə Xidmətindən İnterpressNews-a verilən məlumata görə, hadisə yerinə 20 nəfər yanğınsöndürən və xilasedicilər daxil olmaqla üç qrup cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər relyefə uyğun işləyirlər. Yanğının hansı ərazidə yayıldığı hələ məlum deyil.
