Hökumət kənd təsərrüfatı texnikasının alınması üçün fermerlərin birgə maliyyələşdirmə şərtlərini dəyişir.
InterPress.ge xəbər verir ki, hökumətin yeni qərarına əsasən, bir benefisiar üçün taxılbiçən kombayn almaq üçün birgə maliyyələşdirmə payı 30%-dən 40%-ə, məbləğ limiti isə 150 000 laridən 200 000 lariyə qaldırılıb.
Digər kənd təsərrüfatı avadanlığına gəldikdə isə, 150.000 laridən çox olmayan avadanlıq alınarkən dəyərin 40%-i maliyyələşdiriləcək. Əvvəlki qərara əsasən, birgə maliyyələşdirmə 50%-dən çox deyildi.
Əl ilə çay yığan avadanlıqlara gəlincə isə, maliyyələşmə dəyişməzdir və 50%-dən, yəni 500 laridən çox deyil.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsi layihəsinə əsasən, biçin texnikasının birgə maliyyələşdirilməsi layihəsi üçün 7 milyon lari nəzərdə tutulub.
