Tələbə ikən hərbi xidmət keçmək istəyənlər ildə bir ay hərbi bazalarda təlim keçməli olacaqlar
Gürcüstan hökumətinin təşəbbüsü ilə məcburi hərbi xidmət üçün 4 illik proqram yaradılır.
InterPress.ge xəbər verir ki,İrakli Qaribaşvili danışıb
Məlumata görə, proqrama əsasən, hələ tələbə ikən müddətli həqiqi hərbi xidmət keçmək istəyən 33 yaşınadək olan şəxslər 4 il ərzində hər il bir ay hərbi hissədə intensiv təlim keçməlidirlər. 4 ildən sonra dövlət onları məcburi hərbi xidmətini başa vurmuş hesab edəcək.
"Kim 4 il ərzində tələbəlik dövründə hərbi hazırlıq keçməyə qərar verərsə, o, bu proqramda iştirak edə biləcək. 1 aylıq intensiv təlim proqramı hərbi bazalarda olacaq və onlar eyni və ya ilkin hərbi döyüş hazırlığı proqramı keçəcəklər. Proqram 4 il, ildə 1 ay olacaq Onları hərbi bazalarda hazırlayıb, tələbəliklərini başa vurduqdan dərhal sonra, 4 ildən sonra onları məcburi hərbi xidmətə cəlb edəcəyik” – deyə Qaribaşvili bildirib.


