Məcburi hərbi xidmətlə bağlı yenilik
Vətəndaşlar məcburi hərbi xidməti yalnız Müdafiə Nazirliyində keçəcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili açıqlama verib.
Ğaribaşvili deyib ki, müdafiə məcəlləsi bu gün hökumətin iclasında müzakirə olunacaq və bu, “böyük xəbər” olacaq.
"Məcburi hərbi xidmətə yenidən baxıldı, islahatlar aparılacaq və bütün şəxslər, vətəndaşlar yalnız Müdafiə Nazirliyində məcburi hərbi xidmət keçəcəklər. Bildiyiniz kimi, bu xidmət əvvəllər effektiv deyildi, etiraf etməliyik ki, bütün təhlillərə görə, bu xidmət effektiv deyildi və əldə etmək istədiyimiz nəticəni vermədi”, - Ğaribaşvili bildirib.
Onun sözlərinə görə, proqram kimin hansı karyeranı seçməsindən asılı olaraq 6 ay, 8 və 11 ay davam edəcək, onlar burada nəzəri təlimlə yanaşı, “intensiv döyüş hərbi hazırlığı” keçəcəklər.
Ğaribaşvili bildirib ki, dəyişiklik 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


