12 
Dek
2022
14:17
301

InterPress.ge yeni layihə həyata keçirir - FOTO

InterPress.ge “ Vətəndaş Jurnalistləri rəngarənglik üçün” adlı layihəni uğurla davam etdirir.

Layihə Avropa İttifaqı və NATO haqqında nəzəri biliklərin artırılmasına və jurnalist praktiki bacarıqlarının gücləndirilməsinə yönəlmişdir və həm interaktiv mühazirələr, həm də praktiki məşğələləri əhatə edir. 

Layihə çərçivəsində iştiraçılar vətəndaş jurnalistləri olaraq InterPress.ge-də staj proqramında iştirak etmə fürsəti qazanacaqlar və staj çərçivəsində iştirakçılar vətəndaş jurnalist bacarıqlarını istifadə edərək Avropa İttifaqı və NATO haqqında müxtəlif media produktlar hazırlayacaqlar. Layihə çərçivəsində iştirakçılar üçün 3 yerdən ibarət video müsabiqə elan olunacaq və qaliblər pul mükafatı ilə təltif olunacaq.

Qeyd edək ki, layihə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Gürcüstanın regionlarında Qərb inteqrasiyası haqqında məlumatlılığın artırılması və cəlb edilməsi” layihəsi çərçivəsində, NATO və Avropa İttifaqı üzrə İnformasiya mərkəzi və ABŞ-ın Gürcüstandakı səfirliyi tərəfindən həyata keçrilir.

Layihənin məqsədi Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlı əhalinin Avropa İttifaqı və NATO haqqında məlumatlılığının artırmasına və vətəndaş jurnalistlərin formlaşmasında öz töhfəsini verməkdir.

Bizimlə əlaqə saxlayın