12 
Dek
2022
11:55
1292

Gürcüstan vətəndaşlığının bərpası məsələsində müraciət müddəti iki il uzadılır


Gürcüstan vətəndaşlığının bərpası məsələsində müraciət müddəti iki il uzadılır. 

InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər Vətəndaşlıq haqqında qanuna daxil edilib.

Məlumata görə, Qanun layihəsində bildirilir ki, Gürcüstanın keçmiş vətəndaşları, həmçinin başqa ölkənin vətəndaşlığını qəbul etdiyinə görə Gürcüstan vətəndaşlığını itirməsi ilə bağlı 2018-ci il avqustun 15-dək qərar qəbul edilməyən vətəndaşlara müraciət etmək üçün müvəqqəti səlahiyyət müddəti Gürcüstan vətəndaşlığının bərpası və ya qorunub saxlanması üçün 31 dekabr 2022-ci ildən 31 dekabr 2024-cü ilə qədər uzadılacaq.

Bundan əlavə, qanun layihəsində 2022-ci il dekabrın 31-dən 2024-cü il dekabrın 31-dək 1993-cü ildən əvvəl anadan olmuş şəxs üçün Gürcüstan vətəndaşlığının müəyyən edilməsi şərtlərini və Gürcüstan vətəndaşlığının verilməsi üçün xüsusi qaydanı müəyyən edən qanunun həmin maddələrinin qüvvədə olma müddəti nəzərdə tutulur. Deputatların sözlərinə görə, 2018-ci ildə Gürcüstan vətəndaşlığının bərpası üçün quruma 1935, 2019-cu ildə isə 2044 keçmiş Gürcüstan vətəndaşı müraciət edib.
Gürcüstan vətəndaşlığını müvəqqəti saxlamaq hüququndan 2018-ci ildə 3120, 2019-cu ildə isə 7234 vətəndaş yararlanıb. Onların izahına görə, 2020-ci ildə Gürcüstan vətəndaşlığının bərpası üçün Agentliyə Gürcüstanın 1217 keçmiş vətəndaşı, 3186 Gürcüstan vətəndaşı isə Gürcüstan vətəndaşlığını saxlamaq üçün müraciət edib.

 

Bizimlə əlaqə saxlayın