11 
Dek
2022
15:00
332

Qullar ictimai məktəbində “İcma inkişafı prosesində vətəndaş iştirakı və onun əhəmiyyəti” mövzusunda təlim keçirilib

Qullar ictimai məktəbində “İcma inkişafı prosesində vətəndaş iştirakı və onun əhəmiyyəti” mövzusunda təlim keçirilib.

InterPress.ge xəbər verir ki, təlim İnsan hüquqlarının müdafiəsi həftəsini qeyd etmək məqsədilə tərtib edilib.

Məluma görə, təlim Hollandiya Səfirliyinin İnsan Haqları Titasının builki qalibi Elnur Əlisoy tərəfindən aparılıb.

Görüş zamanı demokratiya və insan hüquqlarının qorunmasında vətəndaş iştirakının rolu,  mülki fəaliyyətin hüquqi rıçaqları, həmçinin Gürcüstanda / Kvemo Kartlidə vətəndaş iştirakı üçün olan  praktiki nümunələr və  dominant qruplarda və etnik azlıqlarda vətəndaş iştirakı ( problemlər və maneələr) iştirakçılar tərəfindən geniş müzakirə olunub.

Təlim zamanı iştirakçılar vətəndaş fəallığı və ümumilikdə demokratik proseslər haqqında məlumat alıblar. Əldə etdikləri təcrübə  isə onlara demokratik cəmiyyətdə öz rollarını daha yaxşı görməyə kömək edəcəyinin töhvəsidir.

Qeyd edək ki, görüş Avropa İttifaqının maliyyə dəstəyi ilə CENN tərəfindən həyata keçirilən “İnklüziv və Yaşıl Bərpa üçün Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Bizimlə əlaqə saxlayın