10 
Dek
2022
15:04
475

Devid Smit : " Saakaşvili ölümün astanasındadır"

 “Mixail Saakaşvili ölümün astanasındadır, çünki onun bədənini toksinlər yeyir”

InterPress.ge xəbər verir ki, məlumatı Saakaşvilinin toksikoloji analizinin müəllifi həkim Devid Smit yayıb.

Amerikalı həkimin sözlərinə görə, sürətli detoks  prosesi baş verməzsə,  ölüm hadisəsi baş verə bilər.

"O, ölür, toksinlər hələ də onun bədənini yeyir, ona görə də ağır metalları çıxarmaq üçün istifadə edilən xelat terapiyası adlı texnikadan istifadə edərək detoks etməyi bilən bir klinikaya aparılmalıdır. Diaqnoz qoymaq çətindir, ona görə də  güman edirəm ki, gürcü həkimlər zəhərlənməni vaxtında aşkar edə bilməyiblər ”- deyə Smit bildirib.

“Bu, sadəcə bir fərziyyədir, amma düşünürəm ki, həkimlər metal zəhərlənməsini aşkar edə bilməyiblər və bəziləri əks təsir göstərən bütöv bir sıra dərmanlar təyin ediblər. Ağır metal zəhərlənməsi çətin diaqnozdur”-deyə Smit sözlərinə əlavə edib.

Smitin sözlərinə görə, Saakaşvili çirkli mühitdən uzaqlaşdırılmalı və onun səhhətinə diqqət yetirilməlidir.

Qeyd edək ki, Smitin zəhərlənmə iddiası ilə bağlı Saakaşviliyə toksikoloji ekspertiza keçirməyi təklif edilib , ancaq o bu təklifi rədd edib.

 

Bizimlə əlaqə saxlayın