09 
Dek
2022
16:14
473

Sarpda külli miqdarda bəyan edilməmiş qızıl-zinət əşyaları və pul aşkar edilib

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri Sarpda külli miqdarda bəyan edilməmiş qızıl-zinət əşyaları və pul aşkar ediblər.

InterPress.ge xəbər verir ki, məlumatı Gəlirlər Xidməti yayıb.

“Sarp gömrük-keçid məntəqəsində Türkiyə Respublikası vətəndaşı A.T.-nin idarə etdiyi yük avtomobilini yoxlama nəticəsində bəyan edilməmiş 900 qram qızıl-zinət əşyaları aşkar edilib.

Malların ümumi gömrük dəyəri 72093,37 lari təşkil edib.

İş materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Həmin gömrük buraxılış məntəqəsində gömrük nəzarəti çərçivəsində Gürcüstan vətəndaşı İ.İ-nin yoxlanılması zamanı gömrükçülər şübhə əsasında 103 450 ABŞ dolları ələ keçiriblər.

Milli Bankın məzənnəsinə əsasən bəyan edilməmiş pulun ümumi məbləği 2798 94,32 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən qanunu pozan vətəndaş sanksiya qismində ümumilikdə 27 989 432 lari (məbləğin 10%-i) cərimələnib.

Bizimlə əlaqə saxlayın