09 
Dek
2022
12:16
320

ABŞ səfiri: "Hökumət cənab Saakaşvilinin fiziki və psixi sağlamlığının təmin edilməsinə cavabdehdir"

"Hökumət cənab Saakaşvilinin fiziki və psixi sağlamlığının qorunmasına, tibbi ehtiyaclarının ödənilməsinə, hüquqlarının qorunmasına cavabdehdir və biz konstitusiyada nəzərdə tutulan bu öhdəlik və məsuliyyətə əməl olunub-olunmamasına nəzarət edəcəyik".

InterPress.ge xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

“ABŞ cənab Saakaşvilinin işini çox diqqətlə izləyir. Biz həqiqətən də Xalq Müdafiəçisinin işini alqışlayırıq, hüquqlarının qorunması üçün onun səhhətinə nəzarətdə nümunəvi iş görüblər. Onlar ötən həftə Saakaşviliyə iki dəfə baş çəkiblər.

Hökumət cənab Saakaşvilinin fiziki və mənəvi sağlamlığının qorunmasına, tibbi ehtiyaclarının ödənilməsinə və hüquqlarının qorunmasına cavabdehdir və biz konstitusiyada nəzərdə tutulan bu öhdəlik və məsuliyyətə əməl olunub-olunmamasına nəzarət edəcəyik”, - səfir qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər