09 
Dek
2022
11:46
367

Gürcüstanda qadınlar kişilərlə müqayisədə ailə işinə 5 dəfə çox vaxt ayırırlar

Statistikaya görə, Gürcüstanda qadınlar kişilərlə müqayisədə ailə işinə və uşaq baxımına 5 dəfə çox vaxt ayırırlar. 

InterPress.ge xəbər verir ki, sorğu Birləşmiş Millətlər Təşkilatının Qadınlar Təşkilatı və Gürcüstanın Milli Statistika Xidməti tərəfindən həyata keçirilib.

“Nəticələr təsdiq edib ki, Gürcüstanda ailələrdə qayğı məsuliyyətinin əksəriyyəti qadınların üzərinə düşür. Bu, təkcə onların məşğulluq və karyera yüksəlişi imkanlarını məhdudlaşdırmır, eləcə də öyrənmə, sosiallaşma, şəxsi və ya peşəkar inkişaf və özünə qulluq üçün vaxtını məhdudlaşdırır”- deyə qeyd olunur. 

Sorğunun nəticələrinə görə, qadınlar ailə işlərinə (təmizlik, yemək bişirmək, paltar yumaq və.s ) kişilərdən təxminən 5 dəfə çox vaxt sərf edirlər. Anaların 80%-i, ataların 38,6%-i uşağın tərbiyəsi ilə məşğuldur. Eyni zamanda, analar uşaq baxımına 5 dəfə çox, həftədə 20,4 saat, atalar isə həftədə 3,9 saat vaxt ayırırlar. Ümumilikdə Gürcüstanda qadınların qayğıya və ailə işlərinə sərf etdiyi vaxtın  miqdarı kişilərdən 4,8 dəfə çoxdur. 
 

Bizimlə əlaqə saxlayın