Təkrar texniki baxışın 2023-cü ilin fevralından ödənişli olacağı gözlənilir
Təkrar texniki baxışın 2023-cü ilin fevralından ödənişli olacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Texniki Baxış Mərkəzləri İttifaqının sədri Giorgi Şiolaşvili məlumat verib.
Şiolaşvili qeyd olunan dəyişikliklərlə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.
“Məndə olan məlumata görə, təkrar texniki baxışla bağlı dəyişiklik texniki reqlamentdə hələ öz əksini tapmasa da, qüvvəyə minməlidir. Ümid edirik ki, bu dəyişiklik fevralın 1-dən qüvvəyə minəcək. Həmçinin, texniki reqlamentdəki qeydə görə, səs-küy yoxlaması tətbiq edilməlidir, baxmayaraq ki, bu mərhələdə danışıqlar aparılır və bunun hansı formada həyata keçiriləcəyi hələ məlum deyil. Yoxlama prosesi zamanı artan səs-küy aşkar ediləcək. Bəzi avtomobillərdə həddən artıq səs-küy yaradan xüsusi səsboğucu var. Əgər səs-küy müəyyən edilmiş həddi keçərsə, bu halda o, problemli sayılacaq ” - Giorgi Şiolaşvili bildirib.


