08 
Dek
2022
15:08
536

Tbilisidə və regionlarda qanunsuz odlu silah və döyüş sursatı müsadirə edilib - 9 nəfər saxlanılıb

Tbilisi və bölgələrdə qanunsuz odlu silah və döyüş sursatı götürülüb - 9 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsinin əməkdaşları əvvəllər müxtəlif cinayətlərdə təqsirli bilinən 1987-ci il təvəllüdlü V.M.-ni qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq-saxlamaq-gəzdirmək ittihamı ilə saxlayıblar.

Patrul Polis Şöbəsinin əməkdaşları 1996-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.B.-ni Tbilisidə saxlayıblar. Patrul polisinin ekipajını görən təqsirləndirilən şəxs cinayətdən yayınmaq üçün odlu silahı maşının pəncərəsindən atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları odlu silahı maddi sübut kimi götürüblər.

Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları 1975-ci il təvəllüdlü, keçmişdə məhkum olunmuş L.X.-ni odlu silahı qanunsuz olaraq almaq-saxlamaq və gəzdirmək ittihamı ilə saxlayıblar.

Kaxeti Polis Departamentinin Qurcaani və Axmeta ​​Rayon Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş iki nəfəri - 1984-cü il təvəllüdlü Q.A. və 1986-cı il təvəllüdlü K.Ç.-ni odlu silahı, habelə "marixuana"nı qanunsuz olaraq almaq və saxlamaq ittihamı ilə tutublar. Polis əməkdaşları Q.A.-nın yaşadığı ünvana baxış zamanı maddi sübut kimi mişarlanmış ov tüfəngi, 2 ədəd patron və narkotik vasitə olan “marixuana” aşka ediblər, K.Ç.-nin yaşadığı ünvana və həyətindəki anbara baxış zamanı isə sübut kimi odlu silah və qurudulmuş "marixuana" götürülüb.

Həmin departamentin Laqodexi Rayon Şöbəsinin əməkdaşları Sərhəd Polisinin Quru Sərhəd Mühafizəsi İdarəsi və Laqodexinin Mühafizə Olunan Ərazilərinin Administasiyasının əməkdaşları ilə birgə keçirdikləri tədbir nəticəsində keçmişdə məhkum olunmuş 1981-ci il təvəllüdlü D.C.-ni qanunsuz odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq və gəzdirmək, habelə dövlət qoruğunda qanunsuz ov etmək ittihamı ilə saxlayıblar.

Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Martvili Rayon Şöbəsinin əməkdaşları qanunsuz odlu silah və döyüş sursatlarının əldə edilməsi və saxlanması ittihamı ilə əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Z.T.-ni saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin evinə baxış nəticəsində maddi sübut kimi 1 ədəd odlu silah və 1 ədəd patron götürüblər.

İmereti, Raca-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin əməkdaşları 1978-ci il təvəllüdlü M.D-ni qanunsuz odlu silah və döyüş sursatı əldə etmək- saxlamaq ittihamı ilə tutublar.

1969-cu il təvəllüdlü R.İ.-yə gəlincə, o, Acarıstan Polis Depatamentinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək və saxlamaq ittihamı ilə Batumidə saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236, 273 və 301-ci maddələri ilə aparılır. Cinayətlərə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın