Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 3 nəfər saxlanılıb - FOTO
Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri - 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.
DSX-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideyinləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


