Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

AK Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib

289
AK Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib
Dinləmək üçün basın

Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib.

InterPress.ge xəbər verir ki, bu paket çərçivəsində daha 200 nəfər, üç bank, dörd telekanal, hərbi sənaye kompleksi şirkətləri qara siyahıya salınacaq.

Avropa Komissiyasının sədri Ursula von der Lyayen çərşənbə günü videomüraciətində bildirib ki, paketə ikili istifadəli dronların və onların komponentlərinin tədarükünə ixrac məhdudiyyətləri də daxildir.

Onun sözlərinə görə, bu sanksiyalar hələ gələn həftə Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

Həmçinin, komissiya sədri bildirib ki, Avropa Komissiyası doqquzuncu sanksiyalar paketi çərçivəsində Ümumrusiya Regional İnkişaf Bankının bütün əməliyyatlarının bloklanmasını təklif edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →