07 
Dek
2022
19:09
420

Ğaribaşvili Saakaşviliyə uzun ömür arzuladı

Mən bir insan kimi səmimi qəlbdən Saakaşviliyə uzun ömür, cansağlığı arzulayıram. Birinin ölməsi insanı  necə xoşbəxt edə bilər?!

InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili məlumat verib.

Onun sözlərinə görə, dövlət bütün məhbusların konstitusion hüquqlarının qorunması üçün hər şeyi edir və edəcək.

"Müharibə partiyası, alçaldılmış, satqın liderlərin yaratdığı partiya çox ağır vəziyyətdədir. Onların nə dedikləri məni maraqlandırmır. Gürcüstanda heç kim heç nəyə qarışa bilməz və heç kim heç nə təşkil edə bilməz, çünki hamı təmkinli olacaq və ona layiqli cavab veriləcək. Saakaşvilini gətirərək son kartdan istifadə edərek bu axmaqlığı etdilər və bunun necə bitdiyini gördük - deyilən qərar fiasko ilə, tam fiasko ilə bitdi. Kimsə illüziyaya qapılmasın deyə, bu müharibə tərəfi, qarışdırıcılar və "uduzanlar"la ölkəmizə heç bir xaos gətirməyəcəyik, əksinə, bugünkü kimi sülh, sabitlik, ikirəqəmli iqtisadi artım, daha çox iş yeri, firavanlıq istəyirik. Bu, bizim əsas vəzifəmiz olmalıdır.
Eyni zamanda, mən bir insan olaraq Saakaşviliyə uzun ömür, cansağlığı arzulamaq istəyirəm. Birinin ölümü insanı necə xoşbəxt edə bilər?! Dövlətimiz bütün məhbusların konstitusion hüquqlarının qorunması üçün hər şeyi edir və edəcək", - Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın