07 
Dek
2022
18:06
278

Baş nazir: "Biz heç vaxt dövlət olaraq bu müharibəyə, münaqişəyə qarışmayacağıq"

Biz açıq şəkildə demişik ki, biz bunu etməyəcəyik– biz heç vaxt dövlət olaraq bu müharibəyə, münaqişəyə qarışmayacağıq.

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu barədə jurnalistlərə “Ukrayna Gürcüstandan hərbi yardım istəyir” sualını cavablandırarkən deyib. 

Ğaribaşvilinin qeyd etdiyinə görə, Gürcüstan Ukraynaya humanitar yardımı davam etdirəcək.

"Ukraynada başlayan bu dəhşətli müharibədən sonra ictimaiyyət hökumətlə bir araya gəldi və biz 1000 tondan çox humanitar yük göndərdik. Biz Ukraynaya ən çox humanitar yardım edən 190 ölkə arasında birinci yerdəydik. Bundan əvvəl biz ukraynalı qaçqınlara kömək edir, onlara maksimum yardım göstərirdik. Bu yardım indi də davam edir. Buna misal olaraq Ukrayna dilində təhsili göstərmək olar - burada ukraynalı uşaqlar bizim açdığımız Ukrayna məktəblərində təhsil alırlar. Əlavə humanitar yardıma gəlincə, biz onu bir daha nəzərdən keçirəcəyik və yardımı davam etdirəcəyik.

Hərbi yardıma gəlincə, biz açıq-aydın demişik ki, biz bunu etməyəcəyik, dövlət olaraq heç vaxt bu müharibəyə, münaqişəyə qarışmayacağıq, bu, bizim aydın mövqeyimizdir. Baş nazir və idarə heyəti olaraq mən xalq qarşısında cavabdehəm", - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər