06 
Dek
2022
14:47
247

Andrey Kasyanov: "Çoxsaylı müraciətlərə baxmayaraq, Ukraynaya silah və digər texnikanın tədarükü ilə bağlı Gürcüstan hökumətindən cavab almamışıq"

"Təəssüf ki, Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan çoxsaylı müraciətlərə baxmayaraq, Ukraynaya silah, sursat və digər hərbi texnikanın çatdırılması ilə bağlı Gürcüstan hökumətindən cavab almamışıq".

InterPress.ge xəbər verir ki, bunu Ukrayna səfirliyində keçirilən brifinqdə Ukraynanın Gürcüstandakı müvəqqəti nümayəndəsi Andrey Kasyanov deyib.

Onun sözlərinə görə, Gürcüstandan hərbi yardım tələbi tam düzgündür, çünki Ukrayna 1993 və 2008-ci illərdəki müharibələrdə Gürcüstana böyük humanitar, hərbi-texniki və siyasi yardım göstərib.

“Biz niyyətlərimizdə həmişə dürüst və açıq olmuşuq. Söhbətin sağ qalıb-qalmamaq, həyat və ölümdən getdiyi bir vaxtda Ukraynanın qardaşı Gürcüstana hərbi yardım üçün müraciətinin tamamilə haqlı, ədalətli və zəruri olduğuna inanırıq, çünki bir vaxtlar Ukrayna hökuməti Svaneti dağlarında gürcü qaçqınlarının evakuasiyasına köməklik göstərib, 1993-cü ildə Gürcüstana ən böyük humanitar yardım, həmçinin 2008-ci ildə hərbi-texniki və siyasi yardım göstərib.

Ölkələrimizi ümumi düşməndən - Rusiya Federasiyasından qorumaq qərarına gələn gürcü igidlərinin Ukraynaya buraxılması cəhdinin təşkili də haqlı və zəruri idi.

Həmçinin, biz guya Gürcüstanı Rusiya Federasiyası ilə müharibəyə sürükləməyə cəhd etdiyimizlə bağlı hər hansı ittihamı rədd edirik. Gürcüstanın daxili siyasətində bu mövzuda davamlı ittihamlar və spekulyasiyalar bizi çox narahat edir”, - Kasyanov bildirib.
Onun sözlərinə görə, Ukraynanın hələ də silah, sursat və hərbi texnikaya ehtiyacı var və bir sıra Avropa dövlətləri “köhnəlmiş silahlardan qurtulub, onları Ukraynaya tədarük edib”.

"Bizi zenit və raket əleyhinə sistemlərlə təmin edən bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Bu, bizə raketlərin və İran pilotsuz təyyarələrinin əhəmiyyətli hissəsini vurmağa imkan verir”, - Kasyanov bildirib.

Bizimlə əlaqə saxlayın