06 
Dek
2022
11:11
316

Marneulidə gənclər arasında debat keçirildi

4 dekabr tarixində Marneulinin “Demokratik Məşğulluq Mərkəzində” Mülkü Məşğulluq və Aktivizm mərkəzinin (CEAC) və Prevensiya Tərəqqi üçün (PFP) təşkilatlarının birgə təşkil etdiyi Marneulili gənclər arasında debatlar baş tutub.  

InterPress.ge xəbər verir ki, debatlarda beş nəfərdən ibarət dörd qrup iştirak edib və bütün iştirakçılar sertifikatlar alıblar.

Debatlarda qalib komanda və ən yaxşı iştirakçı xüsusi olaraq dəvət edilmiş 5 nəfərdən ibarət müsiflər heyyəti tərəfindən seçilib.

Debatlarda qalib gələn  komandanın üzvlərinin hər birinə və ən yaxşı bir iştirakçıya  Biblius mağazasının 200 larilik kuponları mükafat olaraq verilib.

Debatlar qeyri-hökumət təşkilatları - “ Prevensiya Tərəqqi üçün (PFP)” və “Mülkü Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC),  Marneuli Bələdiyyəsində   həyata keçirdiyi  “Marneuli Gəncləri Dəyişikliklər üçün” layihəsi çərçivəsində həyata keçirilib.  Layihə Marneuli Bələdiyyəsində yaşayan 15-29 yaş arası gənclərin yerli özünüidarəetmədə qərarların alınması prosesində iştirakının artırılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər