06 
Dek
2022
10:57
822

Dələduzluq yolu ilə dövlət torpaqlarının mənimsənilməsi ilə bağlı cinayət işi açıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta rəsmi sənədlərin hazırlanması və istifadəsi yolu ilə külli miqdarda dövlət əmlakını mənimsəmək, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə beş nəfər barəsində cinayət işi açıblar, onlardan biri keçmiş dövlət işçisidir.

InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2021-ci ildə Mtsxeta-Mtianeti bölgəsində saxta sənədlərdən istifadə etməklə, yalançı şahidlərin köməyi ilə 689 763 lari dəyərində 4180 m2  iki torpaq sahəsini dələduzluq yolu ilə qeydiyyatdan keçirib.

Təqsirləndirilən şəxs həmçinin saxta sənədlərlə ümumi sahəsi 6 387 m2 olan 499 556 lari dəyərində 2 torpaq sahəsini qeydiyyatdan keçirməyə cəhd edib, ancaq İstintaq Xidmətinin əməkdaşlarının operativ və effektiv araşdırması nəticəsində bunun qarşısı alınıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 362, 180 və 342-ci maddələri davam etdirilir. Burada 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
 

Bizimlə əlaqə saxlayın