05 
Dek
2022
22:31
396

Salome Zurabişvili: "Bu həqiqətən tarixi döyüşdür"

Mən öz iradəsi və fədakarlığı ilə ukraynalıların dost və qardaşlarının döyüşündə iştirak edən gürcü döyüşçülərinə ehtiramımı bildirmək istəyirəm, biz 33 gürcü itirdik və onların xatirəsi ölməz qalacaq. Bu, həqiqətən də tarixi döyüşdür.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Polşa Respublikasının Prezidenti Anjey Duda ilə görüşdən sonra bildirib.

Prezidentin qeyd etdiyinə görə, Gürcüstan Ukrayna ilə həmrəydir.

“Gürcüstan Ukrayna ilə həmrəydir. Gürcüstan Ukraynanın bu gün azadlıq və müstəqillik üçün hansı bədəli ödədiyini bilir, çünki Gürcüstan bu bədəli ödəyib. Bütün ölkənin mövqeyi  Gürcüstanın Ukrayna ilə həmrəy olmasından ibarətdir. Mümkün deyil ki, Gürcüstan öz imkanları daxilində Ukraynaya dəstək verməsin. Hamımız bilirik ki, Gürcüstanın bu müharibəyə qoşulmaq potensialı yoxdur. 

Mən bu tribunadan istifadə edib öz iradəsi və fədakarlığı ilə dost və qardaş ukraynalıların döyüşündə iştirak edən gürcü döyüşçülərinə ehtiramımı bildirmək istəyirəm. Biz 33 gürcü itirdik və onların xatirəsi ölməz qalacaq. Bu, həqiqətən də tarixi döyüşdür”, - deyə prezident bildirib.

Bizimlə əlaqə saxlayın