Rusiya bombalanır - işğalçı dövlətin aviabazasına hava hücumu həyata keçirilib.
InterPress.ge xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“Rusiyanın Saratov şəhərinə, Ukrayna sərhədindən 400 km-dən çox məsafədə yerləşən Engels aviabazasına kamikadze-dron hücumu həyata keçirilib - iki Tu-95 bombardmançı təyyarəsi zədələnib;
“Rusiya aerodromunda ikinci partlayış! Bu dəfə Ryazanda benzin çəni partladıldı”, - hərbi analitik Nikoloz Loladze yazıb.
