04 
Dek
2022
17:46
332

"Sirçxvilia" hərəkatı 6 dekabr tarixinə matəm günü elan olunmasını tələb edir

"Xəcalət" hərəkatı dekabrın 6-nın matəm günü elan olunmasını tələb edir. 

InterPress.ge xəbər verir ki, bu barədə hərəkat Facebook sosial şəbəkəsində bəyanat yayıb.

"Sirçxvilia"nın bəyanatına görə, bu ölkənin övladları düşmənlə döyüşdə qəhrəmancasına həlak olublar və ölkədə matəm günü elan etmək mütləqdir.

"Endirilmiş bayraqlarla heç olmasa simvolik olaraq göstərməliyik ki, bizə hələ də millət deyirlər, bir az da olsa vicdanımız var. İtkilərə məhəl qoymadan yox, fərqinə vararaq, dəyərləndirib gələcəyə ümid edərək həyata davam etməliyik.

Sülh şəhəri kimi paketlənmiş əməkdaşlıq və rüsvayçılıq şəhərində yaşamaq necədir?

Qəhrəmanlara eşq olsun!”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, dekabrın 3-də Rusiya- Ukrayna müharibəsində 5 gürcü döyüşçüsü həlak olub. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra 32 gürcü döyüşçüsü şəhid olub.

Bizimlə əlaqə saxlayın