04 
Dek
2022
16:03
339

İranda məcburi hicab qanunu dəyişə bilər

İranın Baş Prokuroru məcburi hicab qanununa yenidən baxılacağını açıqlayıb.

InterPress.ge xəbər verir ki, məsələ  ilə bağlı qərar Milli Məclisin Mədəniyyət Komissiyasıının müzakirələrindən sonra veriləcək.

Qeyd edək ki, İranda genişmiqyaslı etiraz dalğası 22 yaşlı tələbə Mahsa Amini qətli ilə başlamışdı. O, hicab taxma qaydalarını pozduğu üçün “əxlaq polisi “tərəfindən həbs edilmiş və döyülərək qətlə yetirilmişdi.

Mahsa Amininin ölümündən sonra İranda minlərlə qadın küçələrə çıxaraq etiraz şüarları səsləndiriblər. Nümayişçilər həmrəylik nümayiş etdirmək üçün hicabları yandırıblar, onların əsas şüarı isə “Qadın, Həyat, Azadlıq” olub. Təhlükəsizlik qüvvələri etiraz aksiyasının qarşısını almağa çalışıb.

BMT-nin İnsan Haqları Şurasının noyabrın 24-də qəbul etdiyi qərara əsasən, sentyabr ayından İranda kütləvi etirazların yatırılmasını araşdırmaq üçün istintaq işi başlayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər