04 
Dek
2022
15:06
1015

Dekabrın ilk həftəsi soyuq və yağışlı olacaq

Dekabrda havanın temperaturu iqlim normasından 1 dərəcə yüksək olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyinin hidrometeoroloji proqnozlar şöbəsi məlumat yayıb.

 Məlumata əsasən, yaxın günlərdə Tbilisidə hava dumanlı və yağışlı olacaq.

“Dekabrın ilk həftəsi soyuq və yağışlı  hava gözlənilir. Ümumilikdə ay ərzində yağıntıların miqdarı iqlim normasından az olacaq. Qərbi Gürcüstanın Qara dəniz sahili rayonlarında və Kolxeti düzənliyində dekabrın bəzi günlərində temperatur 17-20 dərəcəyə qədər yüksələ bilər. Şərqi Gürcüstanda isə  dekabr ayının orta temperaturun iqlim normasından 1 dərəcə yüksələcəyi və bəzi günlərdə 16 dərəcəyə qədər artacağı gözlənilir. Gecə saatlarında mənfi temperaturlar da müşahidə oluna bilər” – deyə bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər