04 
Dek
2022
14:18
328

Rustaveli prospektində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

Dekabrın 5-də səhər saat 00:00-dan 06:00-dək Rustaveli prospektində Birinci Respublika meydanından Azadlıq meydanına kimi avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, Tbilisi meriyasının məlumatına əsasən məhdudiyyət prospektdə yeni il işıqlarının quraşdırılması ilə bağlıdır.

Məlumata görə, avtomobillərin Leonidze, İnqoroqva, Aleksandre Çavçavadze, Qriboedov, Barataşvili və Tabukaşvili küçələrindən istifadə etməklə hərəkəti mümkün olacaq. Melikişvili prospektindən Mtatsminda küçələrinin qalan hissəsinə avtomobillərin hərəkətinə Janaşiya, Tarxnişvili, Tatişvili, Çovelidze, Zandukeli küçələri ilə, sonra isə Barnovi, Qoqebaşvili və Kakabadzei küçələrindən istifadə etməklə icazə veriləcək.

Mtatsminda rayonunun digər küçələrindən Qriboedov, Makaşvili, Barnovi və Şanidze küçələri ilə Melikişvili prospektinə və “Rustaveli” metrostansiyasının ərazisinə getmək mümkün olacaq.

 

Bizimlə əlaqə saxlayın