03 
Dek
2022
22:28
451

Bolnisi bələdiyyəsində qəzalı işıq dirəyi yerli sakinlər üçün təhlükə mənbəyinə çevrilib

Bolnisi bələdiyyəsinin Talaveri (Faxralı) kəndinin mərkəzində işıq dirəyi əhalinin təhlükəsizliyinə səbəb olub.

InterPress.ge xəbər verir ki, bu barədə "Salam" platformasının üzvü Rabil İsmayıl öz Facebook səhifəsində qeyd edib.

Onun qeyd etdiyinə görə, mövcud problemlə əlaqli kənd sakinlərindən biri Bolnisi bələdiyyəsi meriyasına müraciət etsədə heç bir nəticə əldə etməyib.

"Noyabrın 25-də Talaveri (Faxralı) kəndinin vətəndaşlarından biri Kəndin mərkəzi yolunda (məscidin yanında) qəzalı vəziyyətdə olan dirəyin dəyişdirilməsi/bərpa edilməsi məqsədilə təhlükəsizlik tədbirləri görmək üçün Bolnisi Bələdiyyəsi meriyasına müraciət edib.
Bura, mərkəzi yoldur və hərəkət aktivdir. Çoxlu maşınlar keçir, vətəndaşlar və məktəblilər, azyaşlı uşaqlar buradan keçir.
Bu gün 3 dekabrdır və eyni vəziyyətdir. Heç nə dəyişməyib.
Ümid edirik ki, dekabrın 5-i səhər uşaqlar məktəbə gedəndə bu vəziyyət artıq mövcud olmayacaq",- deyə Rabil İsmayıl qeyd edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər