Gürcüstanda səfərdə olan Fikrət Məmmədov nümayəndə heyətinin üzvləri ilə birlikdə 16 saylı aşağı risk və azadlığa hazırlıq müəssisəsində olub.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Penitensiar xidməti verib.
Məlumatına görə, qonaqlar müəssisənin infrastrukturuna ətraflı gözdən keçirriblər . Reabilitasiya məqsədilə tətbiq edilən proqramlarla tanış olub, həmçinin müəssisənin ərazisindəki tədris zallarına, idman salonuna, kitabxanaya, çörək sexinə baş çəkiblər.
Bununla yanaşı nümayəndə heyətinin üzvləri müəssisədə yerləşən məhkumların işlə təmin olunduğu dərzilik, ağac və dəri sexlərində də olub, məhbuslarla da söhbət edib.
